Bakı sakini kirayənişinin üstünə benzin tökərək yandırıb

Bakıda ev sahibi kirayənişinin qaldığı evi yandırıb.

Yeniçağ.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda, “Nigar” şadlıq sarayının arxasındakı evlərdən birində qeydə alınıb.

Belə ki, ev sahibi həm evin içərisinə, həm də kirayənişin üzərinə benzin tökərək yandırıb.

Nəticədə 23 yaşlı kirayənişin Ramin İsmayılov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az

COP29