Bakı sakinindən avtomat silah götürüldü

Ağcabədi Rayon Polis Şöbəsi silah satışı ilə əlaqədər əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev bir ədəd “AK-74” markalı avtomat silahı, bir ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb.