Bakı sakinindən odlu silah götürüldü

Paytaxt sakinindən odlu silah götürülüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsindən 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Sultanovdan “Makarov” markalı tapança, patron sandığı və 5 ədəd patron götürülüb.