Bakı sakinindən pnevmatik tapança götürüldü

Bakı şəhər sakini H.Yunusovdan pnevmatik tapança aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini H.Yunusovdan “Baykal MP 654 K” markalı pnevmatik tapança aşkar edilərək götürülmüşdür.