Bakı şəhər sakininə qarşı hədə-qorxu gələn şəxslər saxlanılıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri – O.Aslanov, A.Mineyev və Sumqayət şəhər sakini G.Cəfərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.