Bakı sakinini Şabranda maşın vurdu

Şabranda naməlum maşın piyadanı vurub.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri Sulutəpə qəsəbə sakini 1969-cu il təvəllüdlü Bədəlov Gündüz Bayram oğlu naməlum nəqliyyat vasitəsi tərəfindən vurulub.

Gündüz Bədəlov kəllə-beyin travması ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.