Bakı sakinlərini gözləyən təhlükə: 40-a yaxın ailə qəzalı binada yaşayır – VİDEO

Səbail rayonu Abdulla Şaiq küçəsi, 5 ünvanında yaşayan 40-a yaxın ailə bir əsr əvvəl tikilmiş və hazırda qəzalı vəziyyətdə olan evlərdə yaşayırlar.

Yenicag.az xəbər verir ki, sakinlər bir müddət əvvəl yaxınlıqda yerləşən evlərin plana düşərək söküldüyünü, lakin onların taleyi ilə maraqlanılmadığını söyləyiblər.

Tarixi qədər problemi olan binada bir neçə il əvvəl yaşlı qadın yıxılaraq həyatını itirib.

Problemlə bağlı Səbail Rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavan verən olmadı. /oxu.az/

COP29