Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı sakinlərinin yeni “lüks”ü: “Piknik” üçün hara getməli? - FOTOREPORTAJ

Son zamanlar Bakının mərkəzi hissələrində yaradılmış çəmənlik ərazilərdə istirahət edən insanlara tez-tez rast gəlmək olur. Yayın gəlişi insanları həmin məkanlara üz tutmağa daha çox sövq edir. Bununla belə, Bakının mərkəzi yerlərində “piknik” təşkil etmək kənardakıların heç də adi qarşıladıqları əyləncə deyil. Bir çox Avropa ölkələrində, həmçinin, qonşu Türkiyə və Gürcüstanda “piknik” ənənəsi uzun müddətdir mövcud olsa da, bizdə istirahətin bu forması yeni yayıldığı üçün bir sıra problemlər yaranır.

Yenicag.az-ın əməkdaşı Milli Elmlər Akademiyasının (AMEA) qarşısındakı parkda istirahətin dadını çıxaran sakinlərlə Bakıda “piknik” təşkil etməyin çətinlikləri haqda söhbətləşib.

Danışdığımız gənclərin əksəriyyəti bu tip istirahətin daha ucuz başa gəldiyi üçün belə yerlərdə dincəlməyə üstünlük verdiklərini bildiriblər. Dincəlmək üçün “Nəbatat bağı”ına üz tutan insanlar isə nəzarətçilərin onlara yaratdığı çətinliklərdən gileyləniblər. Açıq təbiəti xatırladan belə məkanlarda təşkil olunan “piknik”in onları məmnun etdiyini deyən gənclər bu cür istirahətin maddi baxımdan da sərfəli olduğunu bildiriblər.

Təbii ki, dost-tanış çevrəsindən əlavə, ailəvi “piknik” edən sakinlər də az deyil. Onlar isə daha çox skamya, stul və stolları qoya biləcəkləri çəmənliklərə üstünlük verdiklərini deyiblər.

Sonda onu qeyd edək ki, hər bir insanın istədiyi kimi istirahət etmək hüququ var. Bakıda istirahətin yeni forması kimi, getdikcə daha çox yayılan “piknik” təşkil etmək üçün məkanlar da az deyil. Əsas məsələ isə dincəldiyimiz yerləri təmiz saxlamaq, özümüzdən sonra başqalarının da istirahətini nəzərə almaqdır. Hər kəsə xoş istirahət arzusu ilə…

Fotoreportajı təqdim edirik.

Firuz Asanov

Loading...

www.yenicag.az

2218
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100