Bakı-Salyan yolu bağlandı – FOTOFAKT

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Salyan şossesində yeni üfüqi nişanlanma xətlərinin çəkiliş işləri aparılır.

Yenicag.az xəbər verir ki, bu məqsədlə yollarda hərəkət dayandırılıb və avtomobillər yollarda qalıb. Bu isə insanların təbii ki, narazılığına səbəb olub.

Salyan şossesi ilə hərəkət edən avtomobillərin narazı sürücləri təmir işlərinin gecə, maşınların sayının azaldığı vaxtlarda aparılmalı olduğunu bildirirlər.

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfovla əlaqə saxladıq.

Anar Nəcəfov bildirib ki, bu cür təmir işləri heç bir sıxlığa səbəb olmur:

“Hazırda görülən işlər elə vaxtda aparılır ki, günün pik saatlarına təsadüf etmir və heç bir tıxaca, sıxlığa səbəb olmur. Hərəkət zolaqlarının eni və sayı imkan verir ki, orada gündüz saatlarında işlər aparılsın. Bu bir-iki gediş, gəliş olan yollarda müəyyən qədər sıxlığa və tıxaca səbəb ola bilər. Üçdən çox hərəkət zolağı olan yollarda isə heç bir problem yaratmır”.

Bu kimi işlərin gecə aparılmamasına gəldikdə isə Anar Nəcəfov qeyd edib ki, gecə də, gündüz də aparılan işlər var. Xətai prospektində günün müəyyən saatlarında sıxlıq müşahidə olunur. Ona görə də, burada işlər gecə aparılacaq. Çünki işlərin gündüz aparılması tıxaca, sıxlığa səbəb olacaq. Bütün nüanslar nəzərə alınıb iş aparılır”.

Anar Nəcəfov bütün nüansların nəzərə alındığını deyir, ancaq Salyan şossesi 22-də yerləşən jurnalistlərin binasına avtomobillərin giriş və çıxışı tamamilə dayandırılıb.

COP29