Bakı-Salyan yolunda ard-arda qəzalar – Video

Bu gün axşam saatlarında Bakı-Salyan yolunda ardıcıl yol qəzaları baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yerinə Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub. Qəzalar nəticəsində yaralıların olub-olmaması barədə hələlik dəqiq məlumat yoxdur. Hər iki avtoqəza üzrə istintaq tədbirləri başlanılıb, araşdırmalar aparılır.

Qəzaların dəqiq səbəbləri aparılacaq istintaqın yekununda müəyyən olunacaq.