Bakı-Şamaxı yolunda ağır qəza – “Toyota Prado” aşdı

Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Müşfiq qəsəbəsi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobil maneəyə çırpılaraq aşıb.

Hadisə nəticəsində ölən olmayıb, xəsarət alan var.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır./APA/