Bakı-Şamaxı yolunda ağır qəza – Yaralananlar var

qeza239Bakı-Şamaxı magistral yolunun Qobustan rayonundan keçən hissəsində iki avtomobil toqquşub.

Mərəzə qəsəbəsi yaxınlığında “Mercedes” və “VAZ 2106” markalı iki avtomobilin toqquşması nəticəsində 54 yaşlı kişi və 4 yaşlı nəvəsi yaralanıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Təhqiqat və istintaq İdarəsində araşdırma aparılır.