Bakı-Şamaxı yolunda ana və 3 yaşlı qızını maşın vurdu – ANBAAN VİDEO

Bu gün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində Allahverdiyev Vüqar Vahid oğlunun idarə etdiyi “Isuzu” markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı övladı Əzməmmədova Aylin Murad qızını vurub.

Yenicag.az hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirib, azyaşlı qızı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.