Bakı-Şamaxı yolunda dəhşətli qəza: Ölü və yaralılar var

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Şamaxının Acıdərə adlanan ərazisində baş verib.

“Hyundai” markalı minik maşını eyni istiqamətdə hərəkət edən yanacaq daşıyan yük maşınına çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan qadın ölüb, iki uşaq isə yaralanıb