!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Şamaxı yolunda qəza: “SHACMAN” aşdı – Video

!Reklam – Yazi

Bakı-Şamaxı yolunda yük avtomobili aşıb.

ARB Şəki xəbər verir ki, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Acıdərə adlanan ərazidə qeydə alınıb. Biləsuvar rayon sakini, 31 yaşlı Ramil Qurbanov 99-OU-497 dövlət nömrə nişanlı “SHACMAN” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobilin yük yerindəki torpaq yola dağılıb.

Sürücü Ramil Qurbanov ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

1342
Ads
www.veteninfo.com
!Reklam – Arxiv