Bakı şəhər Baş Polis İdarəsində YENİ TƏYİNAT

Bakı şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi baş verib.

Yenicag.az xəbər verir ki polis polkovniki İsmayıl Əliyev BŞBPİ-nin istintaq və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyinat alıb. Təyinatla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.