Bakı Şəhər Baş Səhiyyə Mərkəzinə yeni direktor təyin edildi

“Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin rəhbəri Nelli Veyisova vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumatı təsdiqləyiblər.

Qeyd olunub ki, bu vəzifəyə Elçin Abdurahman oğlu Əmirov təyin olunub. O, əvvəllər Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib./Trend/