Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat oldu

Bakıdakı “Formula 1” üzrə Azərbaycan Qran Prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, bu barədə Bakıdakı yarışın mətbuat katibi Turab Teymurov mətbuat konfransında bildirib.

O, Səbri Gülmalıyevin BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri vəzifəsinə təyin edildiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 2023-cü il 28-30 apreldə olacaq.