Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakı Şəhər İcra Hakimiyyətində kadr islahatlarına başlanıldı

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr islahatlarına başlanılıb.

Yenicag.az xəbər verir ki, BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Ayaz İmaməliyev təyin olunub.

O, bundan öncə Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

BŞİH-dən “Report”a bildirilib ki, kadr islahatları davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir./Report/

www.yenicag.az

411
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS