Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu!

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub.

Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Yenicag.az

www.yenicag.az

331