Bakı-Sumqayıt-Bakı elektrik qatarları 5 mart (şənbə günü) tarixində iş, 6, 7 və 8 mart tarixlərində isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” ASC-dən (ADY) məlumat verilib.
Xatırladaq ki, Nazirlər Kabineti ötən gün “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.