Bakı-Sumqayıt qatarı bu günlər işləməyəcək

Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qatar növbəti həftənin ilk günündən fəaliyyətini bərpa edəcək:

“Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 9 və 10 yanvar (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 11 yanvar tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq”.