Bakı-Sumqayıt qatarında kart sistemi tətbiq ediləcək

“Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında kart sistemi tətbiq ediləcək”.

Yenicag.az xəbər verir ki,  bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır:

“Kart sisteminin tətbiqi yaxın günlərdə planlaşdırılır. Bu, hazırda ictimai nəqliyyatda istifadə edilən kart olmayacaq”./Report/

COP29