Bakı-Sumqayıt qatarından istifadə edənlərin DİQQƏTİNƏ! – Qrafik dəyişir

20 Yanvar günü Bakı-Sumqayıt qatarının işləmə qrafiki bəlli olub.

Azərbaycan Dəmir Yolları QSC-dən Yenicag.az-a verilən məlumata görə, 20 Yanvar qeyri-iş günü olduğuna görə həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:

Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar

Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar

Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar

Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar

Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar

Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar