Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı-Sumqayıt qatarının bələdçiləri qadınlar olacaq

qatar_ndex“Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq”. Bu haqda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, həmin istiqamətdə çalışacaq xanım bələdçilər artıq müəyyənləşib: “Onların hər biri üçün ayrılan vəsait hesabına yeni formalar tikilib. Bakı-Sumqayıt qatarlarından sonra mərhələli şəkildə digər qatarlarda da yeni formalara keçiləcək”.

Qurum rəsmisi deyib ki, hazırda Bakı, Sumqayıt və Biləcəri sərnişin stansiyalarında avtomat turniketlərin və kassa köşklərinin quraşdırılması prosesi yekunlaşmaqdadır: “Bütün istiqamətlərdə işlər bitmək üzrədir Tarif Şurasının qiymətlərlə bağlı qərarını gözləyirik”(modern).

www.yenicag.az

410