Sabahdan Bakı-Sumqayıt dəmir yolu xəttində yeni hərəkət cədvəli tətbiq ediləcək.
Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, dəyişiklik Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulub. Belə ki, pandemiya şəraiti ilə əlaqədar fəaliyyəti dayandırılmış Bakı-Gəncə qatarı müvəqqəti olaraq sözügedən istiqamətlərdə sərnişinlərə xidmət göstərəcək.
Bu isə Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların sayını artıracaq.