Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarına bilet satışı kassaları qarşısında uzun növbələr yaranıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, buna səbəb Bakı-Sumqayıt avtomobil yolunda təmir işlərinin aparılmasıdır.
Təmir işləri ilə əlaqədar həmin avtomobil yolu üzrə hərəkət məhdudlaşdırıldığından sakinlər qatarla getməyə üstünlük veriblər.