Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdirilir

Dəmir yolunun Biləcəri-Xırdalan mənzilində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, avqustun 2-dən 7-dək “Texniki fasilə” verilir.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bununla əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli 02.08.2018-ci il tarixdən 07.08.2018-ci (daxil olmaqla) il tarixədək dəyişdirilir.