Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar, yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.