Bakı, Sumqayıt və Abşeronda bağçalar fəaliyyətə başlayır

1 oktyabr tarixindən Bakı, Sumqayıt və Abşeron rayonunda bağçalar fəaliyyətə başlayacaqlar.

Yenicag.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağçaların fəaliyyəti həftədə 5 dəfə olmaqla təşkil ediləcək: “Burada heç bir distant təhsil formasından söhbət gedə bilməz”.