Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Oktyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Bu barədə Yenicag.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.