!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt yolu iflic oldu, maşınlar sıradan çıxdı - VİDEO/FOTO

!Reklam – Yazi

Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb.

Yenicag.az xəbər verir ki, saat 9 radələrindən başlanan sıxlıq hələ də davam edir. Yolun Masazır dairəsindən 20 yanvar ərazisinə qədər olan hissəsində hərəkət dayanıb.

Tıxacda qalan avtomobillərin bəzilərində hərəkətsizlik və havanın isti olması ucbatından nasazlıq yaranıb.

Tıxac ilə bağlı saytımıza açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 20 yanvar istiqamətində asfalt çəkilir.

“Bilirik ki, bu istiqamətdə böyük sıxlıq yaşanır, tədbir görülür”, – Əsədov qeyd edib.

Görüntüləri təqdim edirik.

Cəvahir

www.yenicag.az

5570
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv