Bakı-Sumqayıt yolunda ağır qəza – Avtomobil TIR-la toqquşdu – VİDEO

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində Sumqayıt yolunun girişində qeydə alınıb.

Bakıdan Sumqayıta gedən “VAZ 2107” markalı minik avtomobili TIR-la toqquşub. Nəticədə avtomobilin sürücüsü xəsarətlər alaraq xəstəxanaya göndərilb.

Qəza yerinə YPX əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır./Trend/