Bakı-Sumqayıt yolunda dəhşətli “Prius” qəzası: Ölənlər var – VİDEO

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.

Hadisə nəticəsində “Prius”un sürücüsü və sərnişini vəfat edib.

Faktla bağlı araşdırma aparılır.