Bakı-Sumqayıt yolunda dəhşətli qəza: iki nəfər ölüb-Fotolar,Video

скачанные файлы (1)Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir(APA).