Bakı-Sumqayıt yolunda güclü tıxac – FOTO

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində güclü tıxac yaranıb.

Yenicag.az-ın məlumatına görə, Sumqayıtdan paytaxta doğru yolda avtomobillərin hərəkəti iflic olub.

Qeyri-sabit hava şəraiti yolda avtomobillərin hərəkətini daha da çətinləşdirib.

Tıxac Abşeron rayonu ərazisindən başlayaraq 20 Yanvar metrostansiyasının ərazisinə qədər davam edir.