Bakı-Sumqayıt yolunda güclü tıxac var – FOTO

Bu dəqiqələrdə Bakı-Sumqayıt yolunda güclü tıxac var.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində, Bakı-Sumqayıt şosesi, Biləcəri  istiqamətində, eləcə də Moskva prospekti, “20 Yanvar” m/st istiqamətində sıxlıq müşahidə olunur.