Bakı – Sumqayıt yolunda hərəkət dayandı

Bakı- Sumqayıt və Balaxanı-Novxanı-Sumqayıt avtomobil yollarında hərəkət dayanıb.

Yenicag.az-ın məlumatına görə, adıçəkilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.

Yolun Sumqayıta doğru istiqamətində hər iki yolda hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb.

Hadisəyə Bakı-Sumqayıt yolunda gedən təmir işlərinin səbəb olduğu deyilir. Məlumata görə, Bakı-Sumqayıt yolunda təmir işləri aparıldığından avtomobillər Balaxanı-Binəqədi- Novxanı istiqamətinə yönləndirilib.