Bakı-Sumqayıt yolunda “Mercedes” YANDI

Abşeron rayon ərazisində “Mercedes” markalı minik avtomobili yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, hadisə Bakı-Sumqayıt avtomobil yolunun 25-ci kilometrliyində baş verib. “Mercedes” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.