Bakı-Sumqayıt yolunda mikroavtobus qəza törətdi: ölən var

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Bakı-Quba yolunun 23-ci kilometrliyində “Ford” markalı mikroavtobus yolu keçməyə çalışan 30-32 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.