Bakı – Sumqayıt yolunda tıxac: Sərnişinlər paytaxta piyada gəlir

Bakı-Sumqayıt avtomobil yolunda yenidən uzun tıxac yaranıb.

Yenicag.az xəbər verir ki, buna səbəb Bakı-Sumqayıt avtomobil yolunda təmir işlərinin aparılmasıdır.

Tıxac səbəbindən sərnişinlər avtobuslardan və digər mink avtomobillərindən düşərək paytaxta piyada gəlməyə məcbur olublar.