Reklam: High Technic
hightechnic

Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan 5-i evə buraxıldı

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda “Ford” markalı mikroavtobusun ağır qəzaya uğraması nəticəsində xəsarət alan xəstələrdən 5-i bu gün səhər evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 14 yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb. Hazırda xəstəxanada 9 yaralı müalicəsini davam etdirir.

Bakı şəhər Kliniki Tibbi Mərkəzində müalicə olunan üç nəfərin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Yeniçağ.az

www.yenicag.az

96