Bakı-Supsa kəmərinin mühafizə zonasında külli miqdarda narkotik aşkarlandı

İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7 kq marixuana və bir büküm metamfetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Bu barədə Yenicag.az-a Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Narkotik vasitə Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib”, – deyə məlumatda vurğulanıb.

COP29