!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bakı sürüşür, daha doğrusu çökür” - Mütəxəssisdən sensasiyalı müsahibə - VİDEO

!Reklam – Yazi

“Bakı sürüşür, daha doğrusu çökür”.

Yenicag.az xəbər verir ki, bu fikri landşaftşunas Şəbnəm Karslı səsləndirib. Landşaftşunas fikirlərini bu cür əsaslandırıb:

“Artıq torpaq sürüşə-sürüşə altının yeyildiyini bizə xəbər verir. Azərbaycanda, konkret olaraq, Bakıda, Abşeron yarmadasında əhalinin yaşadığı yerin altı ovulur. Bir gün görəcəyik ki, 200-500 insanın yaşadığı bir ərazi çöküb. Bunun effekti yerin üstündə yaşayan insan üçün 9-10 bal gücündə zəlzələ qüvvətindədir. Problemin mahiyyəti insanlara çox kiçik gələ bilər, torpaqdır sürüşür, divardır aşır, istinad divarı edərik, drenaj şəbəkəsi qurarıq, ağac əkərik, torpağı gücləndirərik. Torpağın üstündə yaşayanlar nəyin üstündə yaşadıqlarının fərqində deyillər”.

Şəbnəm Karslı bildirib ki, o ərazilərdə insanlar yaşamamalıdır:

“Ərazidə torpağı gücləndirdib, işləri yekunlaşdırdıqdan sonra onun üzərində gəzə bilərsiniz. Mütəxəssilər gəlib ərazidə torpağın altında, üstündə, hansı qatının necə olmasını araşdırmalıdır. Onun üzərindəki inşaat bu gün durdurulmalıdır”.

Bakıda bina tikilərkən bünövrə qazılır, nasos vurulur, yerdəki qrunt su kanalizasiyaya axıdılır, deyən landşaftşunas sual ünvanlayıb ki, gələcəkdə bu qrunt suları necə olacaq:

“Divarlar qrunt sularının sadəcə olaraq istiqamətini dəyişdirir. Bu inşaat işi üçün bunu edirlər, sabah gələcək suyun qarşısı necə alınacaq? 2015-ci ildə qrunt sularının xəritəsinə baxanda bilirdik ki, onlar hansı istiqamətdə axır. 2016, 2017, 2018 binalar tikilir və beləcə qrunt sularının istiqaməti dəyişdirilir. Artıq alimlərin də işi çətinləşib. Mütəxəssis 2 gün öncə verdiyi qərara bu gün əmin ola bilmir. Çünki orada başqa işlər görülüb, antropogen lantşafta dönülüb. Drenaj şəbəkəsi quraşdırılmalıdır, derenaj şəbəkəsi kanalizasiyaya qoşulmalıdır, kanalizasiya sistemi gücləndirilməlidir. Qrunt sularının axınının güclü olduğunu bildiyimiz, xəritədə yeraltı çay kimi gördüyümüz ərazidə yaşayan insanlar mütləq mənada köçürülməlidir”.

2015-ci ildə sabiq baş nazir Artur Rasi-zadə qrunt sularının xəritəsinin hazırlanmasını və dövətə təslim edilməsi barədə qərar verib. Şəbnəm Karslı bildirib ki, mütəxəssizlərimiz bu xəritəni hazırladı və dövlətə təslim etdi:

“Məsul şəxslər təhlükəli əraziləri, axarların ağzının kəsilməli olmadığını bilirlər. Təsəvvür edin qrunt sularının axarı var, onun önünə bünövrə tökülür, önü kəsilir və bu yerin altında gölməçələr əmələ gətirir, beləcə torpağın sürüşməsi labüd hala gəlir. Yəni, Bakıda Allah ümidinə yaşayırıq”.

Landşaftşunas qeyd edib ki, vətəndaşlar bir minanın üzərində yaşadığının fərqində deyil.

Daha geniş videodan izləyə bilərsiniz:

Səxavət Məmməd

www.yenicag.az

75577
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv