!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı tələb qoydu, Vardanyan gedir: "Azərbaycanın təyin etdiyi nümayəndə ilə..." - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın təyin etdiyi nümayəndə ilə danışıqlar aparılmalıdır”.

Bunu “Hraparak” nəşrində dərc olunan “məsələ R.Vardanyandan “daha böyük yerdə” həll edilib və Bakının tələbləri qarşısında qondarma rejimin “rəhbərliyi” Qarabağı tərk edəcək” məqaləsi haqqında fikirlərini söyləyən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanlı eko-fəalların keçirdiyi aksiyanın yaxşı nəticələri artıq müşahidə olunur:

“Artıq separatçı rejimin fəaliyyətində geri çəkilmə olduğunu müşahidə edirik. İclas keçirərək Rusiyanın Qarabağa göndərdiyi Vardanyanı proseslərdən uzağlaşdırmağa çalışırlar. Məsələnin vacib olduğunu vurğulamaq istəyirəm. Azərbaycana separatçı rejimin Qarabağdan təmizlənməsi lazımdır.

Qarabağda yaşayan sıravi erməni vətəndaşlar üçün Azərbaycan heç bir problem yaratmır. Əksinə, həmin əhalinin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə yaxşı yaşayacaqları ilə bağlı təminat verir.

“Hraparak” Ermənistanda siyasi hakimiyyətin demək istədiklərini ictimailəşdirən nəşr kimi yaddaşımızdadır. Nəşrdə dərc olunan xəbərlərə əsasən dəhliz söhbətlərinin getdiyini demək olar. Həmin ərazilər onsuz da Azərbaycanın nəzarəti altında olmalı, Azərbaycanın təyin etdiyi nümayəndə ilə danışıqlar aparılmalıdır. Admistrativ heyətdə əlbəttə Qarabağ erməniləri də iştirak edə bilər. Azərbaycan erməni əhalinin bu hüququnu məhdudlaşdırmır.

Proseslər planlarımız üzrə davam etsə, yaxın zamanlarda Xocalı, Xankəndi, Xocavənd və digər ərazilər də nəzarətimiz altına keçəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

8111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv