Bakı təyyarəsi Moskvada qəzaya düşdü – Heyət üzvləri və sərnişinlər… – FOTO

Bakıdan Moskvaya uçan təyyarə qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, Moskvanın Şermetev Hava limanına uçuş yerinə yetirən 4K-AZ88 nömrəli Gulfstream G200 Galaxy təyyarəsi eniş əsnasında eniş zolağından kənara çıxıb.

Nəticədə təyyarənin şassiləri qırılıb, gövdəsi zədələnib.

Məlumata əsasən təyyarənin heyət üzvləri və beş nəfər sərnişin xəsarət almayıb.