!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakı -Tiblisi-Qars Azərbaycanı dəmir “İpək Yolu”nun banisi kimi tanıtdıracaq”

!Reklam – Yazi

12242208_10206871157090213_490836135_n“Bakı -Tiblisi-Qars dəmir yolu xəttini yalnız iqtisadi layihə kimi yox, həm də böyük əhəmiyyətə malik olan siyasi bir layihə kimi də dəyərləndirmək lazımdır”. Bu fikri Strateji Araşdırmalar İnstitutunun direktoru, politoloq Ramiz Alıyev Bakı -Tiblisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu dəmir yolu xətti istifadəyə verildikdən sonra ölkəmizin bir daha dünyanın diqqət mərkəzində olmasını hər birimiz görə biləcəyik: “Belə böyük bir layihənin ideyası Prezident İlham Əliyev tərəfindən verilib və bu layihənin ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən regionun lider ölkəsi olmasını təsdiq edən bir layihə kimi qiymətləndirmək lazımdır. Ona görə ki, Bakı-Tiblisi-Qars dəmir yolu xəttinin təməlinin qoyulması və bu sahədə görülən işlər dəmək olar ki, dünyanın diqqət mərkəzidə olan bir hadisədir. Ona görə ki, bu layihə yalnız Azərbaycan -Türkiyə və Gürcüstanın deyil, Avrasiyanın və ümumilkdə dünyanın marağında olan bir layihədir. Bu dəmir yolunun yüksək səviyyədə istifadəyə verilməsi ölkəmizin etibarının, iqtisadi gücünün, ölkə rəhbərinin böyük siyasi iradəyə malik olmasını bir daha təsdiqləyəcək. Ona görə ki, bu dəmir yolu vasitəsi ilə tək Azərbaycan əhalisi və Azərbaycan iqtisadiyyatı deyil, həmçinin bu layihədə iştirak edən dövlətlər və digər qonşu ölkələr, həmin ölkənin əhalisi və iqtisadiyyatı yararlana biləcək. Məhz buna görədir ki, Bakı-Tiblisi-Qars dəmir yolunda aparılan bütün işlər cənab Prezidentin şəxsi nəzarətindədir və işlərin daha keyfiyyətli və daha tez aparılması üçün müəyyən islahatlar edərək bu işlərdə etibar etdiyi şəxsi Azərbaycan Dəmir Yolları QSC -ə rəhbər təyin edərək müəyyən əlavə səlahiyyətlər verdi. Bu o deməkdir ki, ölkəmiz və dövlətimiz üçün əhəmiyyətli olan işlər cənab Prezidentin şəxsi nəzarətində olan bir məsələdir. Bu layihə ölkəmiz və region üçün o qədər əhəmiyyətlidir ki, bu layihəni növbəti və müasir Bakı-Tiblisi -Ceyhan da adlandırmaq olar”.
Ramiz Alıyeve görə, Azərbaycan layihənin əhəmiyyətini bəyan edəndə hər kəs bu layihəni analoqu olmayan və müasir dəmir “İpək Yolu” da adlandırdı: “Əslində, belə düşünmələri normal qarşılanmalıdır. Ona görə ki, bu layihənin həyata keçirilməsi Azərbaycanı yenidən mərkəzi iqtisadi ölkəyə çevirəcək. ASAN Xidmət Azərbaycanın brendi olduğu kimi, Bakı -Tiblisi-Qars da Azərbaycanı dəmir “İpək Yolu”nun banisi kimi tanıtdıracaq. Bildiyimiz kimi bu dəmir yolu vasitəsi ilə yalnız yük daşınması deyil, həmçinin də sərnişin daşınması olacaq. Bu görə də ölkəmizə gələcək iqtisadi dividentlər daha da böyük müxtəlif formalarda olacaq. Mərkəzi Asiya və digər region ölkələrinin vətəndaşları və həmin ölkələrin yükləri rahat və təhlükəsiz şəkildə Avropaya çatacaq. Yəni saymaqla bitməyən müxtəlif formalarda ölkəmizin büdcəsinə maliyyə axını olacaq. İqtisadi cəhətdən ölkəmizə analoqu olmayan bir gəlirlər gətirəcək bu layihə. Ölkə turizmin inkişafı yüksək templə artar və həm Avropadan, həm də Asiyadan ölkəmizə gələnlərin sayı düşündüyümüzdən də çox olacaq. Ölkəmizə qoyulan investisiya layihələrinin sayı xeyli artacaq. Çünki dövlətimiz bu layihə ilə bir böyük bir inam, etibar qazanmış olur. Hesab edirəm ki, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəsindən sonra yalnız dövlət büdcəsi deyil, Azərbaycan əhalisinin bütün təbəqəsi öz şəxsi büdcəsində maliyyə artımını hiss edəcək”(palitra).

www.yenicag.az

650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv