Bakı-Tiflis-Qars dəmiryolu relsini oğurlayan qrup həbs olundu – VİDEO

Gürcüstanda Bakı-Tiflis-Qars dəmiryolunun relsini oğurlayan qrup həbs olunub.

Yenicag.az xəbər verir ki, cinayətkar qrup bu hadisəni Gürcüstan-Türkiyə sərhədinin yaxınlığında törədib. Üç nəfərdən ibarət dəstə qatar keçdikdən sonra relsləri xüsusi alətlərlə kəsib, maşına yükləyərək aradan çıxmağa çalışıb. Lakin yerli polis hər üç şəxsi ələ keçirib.

Onları 4 ildən 7 ilədək həbs gözləyir.