Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı Türk Təhsil Qurumları yaradılır

Bakı Türk Təhsil Qurumları Əsasnaməsi imzalanacaq.

Yenicag.az-ın xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2021-ci ildə Bakı Türk Təhsil Qurumları Əsasnamə qarşılıqlı razılaşma ilə tamamlanacaq və imzalanacaq.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil əməkdaşlığına dair “Anlaşma Memorandumu”nun 5-ci bəndinə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tək sertifikatla qəbul edilməsinin dayandırılması təşviq ediləcək.

Türkiyə Ali Təhsil Şurasının rəsmi internet səhifəsinin “YÖK Lisans Atlası” bölməsində Azərbaycan ali təhsil müəssisələrinin sayının artırılması istiqamətində görüşlər keçiriləcək.

Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb.

www.yenicag.az

149
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100