!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı türkiyəli yazarı belə utandırdı: “Belə makyaja can qurban!” - FOTO/VİDEO

!Reklam – Yazi

Azərbaycanın paytaxtı Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıya gələn jurnalist Ahmet Hakan bu şəhər haqqında təəssüratlarını qələmə alıb.

“Hürriyət” qəzetində dərc olunan “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək geri döndüm” başlıqlı yazıda jurnalist Bakını oxucuları üçün təsvir edib:

Gözümdə kiçildərək getmişdim, buna görə xəcalət çəkərək geri döndüm.

“Qafqazın Parisi” desəm, Parisə kompliment demiş sayılaram, deyə qorxuram.

Bizim Nişantaşı desəm… Onu qırx ilə vurun.. Bakıda bax belə bir Nişantaşı var.

Bakıya “küləklər şəhəri” deyirlər… Adının haqqını verir.

Hər şey necə də yeni idi və hər şey necə də keçmişə, tarixə hörmətli idi…

Simiti ləzzətlə xırçıldatmırlar, ancaq çayı mürəbbə ilə içirlər Bakıda… Elə alışdım ki, mən də bundan sonra çayı mürəbbə ilə içməyə başladım.

Samovar – bəli, onun ana vətəni Bakı imiş.

Bir-birindən gözəl və valehedici binalar üçün “Hamısı makyajdır, hamısı üzləmədir” filan dedilər. Belə makyaja can qurban!

www.yenicag.az

1088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv